ilk əvvəl (birinci növbədə)

first of all / first thing / the first thing to do / in the first place / in the first instance / first and foremost / above all things / above everything / primarily первым долгом / в первую очередь (прежде всего, сначала, сперва)
ilk əlamət (birinci nişanə)
ilk qələm təcrübəsi
OBASTAN VİKİ
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır. Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi).
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Əl-Əvvəl
Əl-Əvvəl (ər. الأوّل) — Allahın adlarından biri.
Gecəyarısından əvvəl
Gecəyarısından əvvəl (ing. Before Midnight) — Riçard Linkleyterin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş amerikan romantik dram filmi. Filmin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının üçüncü filmidir. Hekayə cütlüyün əkiz qızları ilə tətildə olduğu Yunanıstanda baş verir.
Sübdən əvvəl
Sübhdən əvvəl (ing. Before Sunrise) — Riçard Linkleyterin rejissorluğu ilə 1995-ci ildə çəkilmiş amerikan romantik dram filmi. "Əvvəl" trilogiyasının ilk seriyasıdır. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Film Budapeşt şəhərindən Vyanaya gedən qatarda tanış olan amerikalı səyyah Cessi və fransız tələbə Selinin hekayəsindən bəhs edir. Sübhdən əvvəl — Internet Movie Database saytında.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Əvvəl trilogiyası
Əvvəl trilogiyası — amerikalı rejissor Riçard Linkleyterin çəkdiyi üç romantik filmdən ibarətdir. Bu filmlərin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Trilogiyaya daxildir: Sübhdən əvvəl, Gün batımından əvvəl və Gecəyarısından əvvəl.
İlk Qan
İlk qan (ing. First Blood) — baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur. Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-yə gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır.
İlk Qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Aydın Əlizadə (2007).
İlk məməlilər
İlk məməlilər (lat. Prototheria) — məməlilərin özündə həm məməlilərə, həm də sürünənlərə xas xüsusiyyətləri əks etdirən yarımsinfi. Bu sinfə aid yeganə müasir birdəliklilər dəstəsi var. İlk məməlilər sayı çox olmayan növləri Avstraliyada yaşayırlar.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.
Yəhudilərin ilk köçü (ilk aliya)
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Padşahlıqdan əvvəl Misir
Padşahlıq öncəsi Misir, (Padşahlıq öncəsi Misir - Antik Misir) mədəniyyətində fironlardan əvvəlki dövrə verilən ad. Bu dövrdə insanların kəndlərdə yaşadığı, ovçuluq üçün kiçik daşlardan ox ucu düzəltdikləri düşünülür. İnsan sayı təxminən 10 mindən azdır. Bu dövrdə kənd qrupları yerli hakimlər tərəfindən idarə olunurdu. Aşağı Misir (delta bölgəsi) və Yuxarı Misir ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu.
Gün batımından əvvəl
Gün batımından əvvəl (ing. Before Sunset) — Riçard Linkleyterin rejissorluğu ilə 2004-cü ildə çəkilmiş romantik dram filmi. Baş rollarda İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının ikinci filmidir. Filmdə Cessi və Selin doqquz ildən sonra Parisdə yenidən bir araya gəlirlər. == Məzmun == İndi uğurlu yazıçı olan Cessi, Selin ilə münasibəti haqqında yazdığı romanını tanıtmaq üçün Avropada kitab turundadır. Parisdəki kitab mağazasında olarkən o, burada Selin ilə rastlaşır. Onlar yenidən münasibət qururlar və birlikdə vaxt keçirməyə qərar verirlər. Onlar Paris küçələrində gəzərkən, son doqquz ildəki yaşadıqlarını, arzularını və peşmanlıqlarını bölüşərək dərin söhbətlər aparırlar.
İlk dişcikli güvələr
Kiçikqanadlılar (lat. Micropterigidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
İlk dövr Sələfiyyə
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Sələfi əqidəsinin yəni İşid qruplaşmasın üzvləri açıq şəkildə hakimiyyətlərini yaymaqdan ötrü baş kəsmək zorakılıq icazəli hesab edirlər.Döyüşdə Şiələrlə mübarizədə məğlub olub qadın paltarı ilə (niqab,burqa) ilə qaçmışdırlar. Bu iddialar sələfi əqidəsi üçün deyil. Bu insanlar həvariclərdir ki, günümüzün bir çox cahil kütləsi Suriyada döyüşən terroristləri sələfilərlə səhv salır. Birincisi bu sələfi əqidəsinə tərsdir ona görə ki, sələfilikdə başçıya qarşı çıxmaq yoxdur. Hətta zülmkar olsa belə bunun əvəzində Allaha pənah apararaq səbir etməyi ən doğru hesab edirlər. Üstəlik də dövlət başçısının rızası olmadan özbaşına ölkədən çıxıb başqa bir ölkədə döyüşə qoşulmaq da qəbuledilməzdir Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır.
İlk müsəlmanların siyahısı
Xədicə
İlk poçt markaları
1 may 1840-cı ildə İngiltərədə dünyada ilk poçt markaları -bir pennilik qara (″Penny Blacks″) və üzərində kraliça Viktoriyanın profili olan iki pennilik göy marka satışa çıxarılmışdır. Poçt göndərişlərinin ödənilməsi üçün markalardan istifadə edilməsi ideyasının müəllifi isə Roulend Hilldir (Rowland Hill).
İlk qitələrarası avtoralli
Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi. Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər. Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır. Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır. Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur. İndi də qalib avtomobilləri nəzərdə keçirək. İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub.
Ömrün ilk saatı
Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar. Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir. Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография.
İlk komsomol buruğu
Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
İlk baxışdan sevgi
İlk baxışdan sevgi — Qərb ədəbiyyatında bir insanın, personajın və ya yazıçının özünün əvvəllər görmədiyi bir yad insana ilk baxışdan hiss etdiyi romantik hisslərini ifadə edir. Şair və tənqidçilər tərəfindən müntəzəm olaraq vurğulanan bu mövzu, Qərb ədəbiyyatının imtina edilməz elementlərindən biri halına gəlmişdir.
İlk dişləkdən sevgi
İlk dişləkdən sevgi (ing. Love at First Bite) — 1979-cu ildə istehsal olunmuş ABŞ filmi. İlk dişləkdən sevgi — Internet Movie Database saytında.